Dünya futbolu
“Real” qələbə qazandı, “Atletiko” səfərdən xalsız döndü
Futbol üzrə İspaniya La Liqasında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, son ölkə çempionu “Atletiko” səfərdə “Qranada” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
Bu gün həm də 21-ci tur çərçivəsində “Atletik” – “Real” görüşü baş tutub. Bu turun oyunları yanvarın 19-da keçirilməlidir. Lakin bu iki komanda daha erkən görüşməklə bağlı razılığa gəliblər. Üç qolun qeydə alındığı matç Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.
İspaniya La Liqası
22 dekabr
9-cu turun oyunu
Qranada – Atletiko 2:1
Qol: Maçis, 17. Molina, 61 – J.Feliks, 2.
21-ci turun oyunu
Atletik – Real 1:2
Qol: Sanset, 10 – Benzema, 4; 7.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”