Dünya futbolu
“Real”ı “Mançester Yunayted”ə dəyişdi
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi İspaniyanın “Real” klubunun müdafiəçisi Rafael Varanı transfer edib.
Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu ən qısa zamanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq. Amma tərəflərin neçə illik anlaşdığı açıqlanmır.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi. 28 yaşlı futbolçu Fransa millisində 79 matça çıxıb, 5 qola imza atıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı