Dünya futbolu
“Real”ın 2-ci 0:4-ü: yenə ingilislərdən
Dünən Çempionlar Liqasının cavab yarımfinal matçında “Real”ı darmadağın edən “Mançester Siti” 3 kubok qazana bilər. Xosep Qvardiolanın yetirmələri İngiltərə Premyer Liqasında liderdir və çempionluğu rəsmiləşdirmək üçün növbəti turu gözləyir. İngiltərə Kubokunda və ÇL-də isə titulu əldə etmək üçün finalda qalib gəlmək lazımdır.
Futbolinfo.az xəbər verir ki, madridlilər isə mövsümü iki titulla başa vuracaq. Klublararası Dünya Çempionatının qalib olan “Real”, mayın əvvəlində İspaniya kubokunu da qazandı. La Liqada “Barselona” çempion oldu, qitə kuboklarında mübarizə isə dünən başa çatdı.
Evdə 1:1 hesablı heç-heçə edən “Real”ın Mançesterdə yenilməsi gözlənilirdi. Çünki “Kral Klubu” “Etihad”da heç vaxt qələbə qazanmayıb. Lakin 0:4 hesabı komandaya yaraşmadı. Madridlilər indiyədək yalnız bir dəfə bu mərhələdə belə ağır zərbə almışdı. Maraqlıdı ki, o zaman – 2009-cu ildə də “Real”a 4 cavabsız qolu İngiltərə təmsilçisi “Liverpul” vurmuşdu.