Dünya futbolu
“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlandı
İspaniyanın “Real” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Alvaro Odriosolanın da COVİD-19 testi pozitiv çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu qaydalara uyğun olaraq karantinə alınıb.
Qeyd edək ki, “Real”da bir neçə gün öncə koronavirusa yoluxan Kərim Benzema sağalaraq komanda ilə məşqlərə başlayıb. Komandanın yeni transferlərindən olan David Alaba isə COVİD-19 testi pozitiv çıxdığı üçün hələ də karantindədir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq