Dünya futbolu
“Real”ın futbolçusu 100-ə çatdı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın “Atalanta” klubu ilə oyun Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, alman futbolçu komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə meydana çıxmaqla ÇL-də 100-cü matçını keçirib.
31 yaşlı yarımmüdafiəçi bununla qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. “Bavariya”da çıxış edən qapıçı turnirdə 117 ÇL matçına çıxıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…