Digər idman növləri
“Red Bull” 80 yaşlı Marko ilə müqaviləni 3 illiyinə artırdı
Avtoidman üzrə “Red Bull” şirkətinin məsləhətçisi Helmut Marko komanda ilə müqaviləni 3 illiyinə artırıb. Bu barədə racing365.com internet portalı məlumat yayıb.
Qeyd edək ki, Markonun 80 yaşı var. Ötən il onun komandadan gedəcəyi ilə bağlı çox sayda şayiələr dolaşırdı. Hətta Markonun komanda rəhbəri Kristian Hornerlə münaqişədə olduğu da deyilirdi. Markonun özü isə , yaşlanmadığını və postunda işləmək gücündə olduğunu qeyd edirdi.
Xatırladaq ki, “Red Bull” keçən il Formula 1-də bir neçə rekordu yeniləməklə vaxtından əvvəl çempion olub. Marko komandada, əsasən Maks Ferstappenə məsləhət verməklə diqqət çəkir.