Digər idman növləri
“Red Bull” Azərbaycan qran-prisindən sonra yeni rənglərə büründü
“Red Bull Racing” komandası bolidlərinin Mayami qran-prisində istifadə ediləcək görüntülərini təqdim edib. Yeni rəng çalarları azarkeşlərin köməkliyi ilə tətbiq edilib. “Red Bull The Paddock” proqramının iştirakçılarına 3 Amerika qran-prisi üçün rəng sxemlərini müəyyənləşdirmək imkanı yaradılıb.
Mayamidə bolidlər qrafik dizayn fakültəsinin argentinalı tələbəsi Martina Andriannanın işini görəcəklər. O, maşının rənglərinə yeni fərqli çalarlar – bənövşəyi və mavini əlavə edib.
“Layihəyə başlarkən əsas düşüncəm havanın maşınla üstdən və altdan təmasını göstərmək idi. Havanın bolidi yarma prinsipi mənə ilham verir. Bundan başqa Mayami qran-prisinin atmosferini də nümayiş etdirmək vacib idi”, – deyə Martina vurğulayıb.
Qeyd edək ki, Mayami qran-prisi bu həftə keçiriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi