Ölkə futbolu
Regekampfın təyinatı rəsmiləşdi
“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf yenidən komandasını dəyişib.
Futbolinfo.az saytı xəbər verir ki, “Neftçi”dən ayrıldıqdan sonra yay fasiləsində “Universitatya Krayova”nın “sükanı arxasına” keçən rumıniyalı mütəxəssis yenidən Səudiyyə Ərəbistanına köçüb.
“Əl-Hilal”, “Əl-Vahda”, “Əl-Vasl” və “Əl-Əhli”nin sabiq çalışdırıcısı bu dəfə “Əl-Tai” ilə anlaşıb. 48 yaşlı məşqçi yüksək liqa təmsilçisi ilə 1 illik müqaviləni rəsmiləşdirib. O, yeni komandasında astronomik məbləğdə maaş alacaq. Hətta buna görə “Universitatya Krayova”ya 300 min avroluq təzminatı öz cibindən ödəyib.
Qeyd edək ki, Regekampf ötən mövsüm “Neftçi”ni çalışdırıb. Yayda rəhbərlik onunla müqaviləyə xitam verib.