Ölkə futbolu
“Renat bu sabitliyi qorusa, top-klubların qapısı üzünə açıla bilər” – “Qrasshopper”in baş məşqçisi
“Renat Dadaşov super mentalitetə sahib futbolçudur. Meydanda yüksək enerji ortaya qoyur”. Bunu futbolinfo.az-a açıqlamasında İsveçrənin “Qrasshopper” klubunun baş məşqçisi Corco Kontini deyib.
O, çalışdırıcısı olduğu komandadan çıxış edən Azərbaycan yığmasının üzvü Renat Dadaşovdan danışıb: “Cərimə meydançası önündə çox təhlükəlidir. Fiziki göstəricilərini də xüsusi vurğulamaq istəyirəm. Yüksək fiziki çıxışı ilə komandaya kömək edir. Pressinq etməklə yaxşı işlər görür”.
İsveçrəli mütəxəssis millimizin forvardının gələcəkdə daha çox qol vuracağını bildirib: “Ümid edirəm ki, Renat daha çox qol vuracaq. Bu cür çalışmağa davam etsə, bunu edəcəyindən əminəm”.
Kontini Azərbaycandan başqa heç bir futbolçunu izləmədiyini və tanımadığını bildirib: “Azərbaycandan heç bir futbolçu tanımıram. Açığı, kimisə izləməmişəm də…”.
Təcrübəli mütəxəssis yığmamızın hücumçusunun daha güclü çempionatlarda oynaya biləcəyini də sözlərinə əlavə edib: “Onun artıq Bundesliqa təcrübəsi var. Baxmayaraq ki, gənc olarkən Almaniyada çıxış edib, amma bu yaxşı haldır. Həmçinin İngiltərədə “Vulverhempton” klubunda da olub. Bunlar müsbət məqamlardır. O, hazırkı sabitliyini qoruya bilsə, yenidən top klubların qapılları Renat üçün açıla bilər”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”