Ölkə futbolu
Renat Dadaşov “Qrasshoppers”də ilk qolunu vurdu
Futbol üzrə İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə lider “Yanq Boyz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin hücumçusu meydana çıxandan cəmi 3 dəqiqə sonra – 49-cu dəqiqədə rəqib qapısına yol tapmaqla hesabı bərabərləşdirib. Dadaşov 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Qrasshoppers” hazırda 4 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…