Dünya futbolu
Rodri nəticənin ədalətsiz, hakimin qərəzli olduğunu düşünür
İspaniya millisinin müdafiəçisi Rodri əsəbidir. O, mundialda məğlub olduqları Mərakeş yığmasının oyun tərzindən şikayət edir.
Futbolinfo.az xəbər verir ki, qolsuz 120 dəqiqənin ardından penalti seriyasında məğlub olduqları rəqibdən danışan Rodri tənqidi lazım bilib: “Rəqiblərimizin yenə bütün komanda ilə müdafiə olunması, cərimə meydançası ətrafında halqa qurması əsəbimizi pozdu. Belə futbol olmur. Oyundan həzz almırsan”.
Rodri futbolun ədalətsiz olduğunu düşünür: “Futbolda ədalət yoxdur. Topun qapıya getməsi kifayət etməməlidi, futbolu sevərək oynayan qalib gəlməlidir”.
Müdafiəçi hakimlikdən də narazıdır: “İlk hissədə hakimlik rüsvayçı idi. Lehimizə bircə cərimə zərbəsi təyin edilmədi, rəqib isə istədiyi qədər rəğbət gördü. Bununla belə, özümüzə baxmalıyıq. Amma bununla da bacarmıram, oyunumuza haqsızlıq oldu”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı