Dünya futbolu
“Roma”nı “Valensiya”ya dəyişdi
İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Roma” klubunun müdafiəçisi Alessandro Florensini heyətinə qatıb.
Bu barədə “Valensiya”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu La Liqa klubu tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.
“Roma”nın öz yetirməsi olan, 2011/12 mövsümünü “Krotone”də keçirən Alessandro, “canavarlar”ın kapitanı olsa da, cari mövsümdə heyətə düşməkdə çətinlik çəkirdi. Bu üzdən də o, komandadan getməyi özü istəyib. İtaliya yığmasının üzvü “Roma”da 226 oyun keçirib, 25 qola imza atıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…