Dünya futbolu
“Roma”nın legioneri ölkəsində ilin ən yaxşısı elan edildi
Özbəkistanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, hazırda İtaliyanın “Roma” klubunda forma geyinən Eldor Şomurodov ölkəsində ilin ən yaxşı oyunçusu seçilib.
Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində ən yaxşı futbolçu elan olunub.
Özbəkistan millisinin də formasını geyinən Şomurodov, bu ilin yayından “Roma”da çıxış edir. 26 yaşlı forvardı paytaxt təmsilçisində indiyə qədər meydana çıxdığı 23 oyunda 3 qola imza atıb. O, daha öncə “Cenoa”, “Rostov”, “Bunyodkor” və “Məşəl” klublarının da formasını geyinib. Eldor millidə keçirdiyi 51 oyunda da 22 qol vurub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı