Dünya futbolu
Ronaldo: “Gələcəyimlə bağlı qərar verən mənəm”
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisində karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ronaldo məsələ ilə bağlı mətbuat konfransında açıqlama verib. O, bu məsələdə təkbaşına qərar verəcəyini bildirib:
“Bir çox insanın mənə eyni sualı verdiyini görməyə başlayıram. Gələcəyimlə bağlı qərar verən mənəm. Daha çox oynamaq istəsəm, oynayacam”.
Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin final oyunu haqqında da danışıb:
“Biz finala hazırıq, favoritik. Mən özümü hər zaman favorit hesab edirəm.
Finalda qalib gəlsək, dünya çempionatına gedəcəyik, uduzsaq, yarışdan kənarda qalacağıq. Pozitiv düşünmək və oyunda qalib gəlmək lazımdır”.
Portuqaliya – Şimali Makedoniya görüşü bu gün – martın 29-da keçiriləcək.