Dünya futbolu
Ronaldo Türkiyə və Suriyaya yardım göndərdi
Futbol üzrə Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo Türkiyə və Suriyaya yardım göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Ulduz futbolçunun zəlzələdən əziyyət çəkənlər üçün yardımla dolu bir təyyarə göndərdiyi vurğulanır.
Təyyarədə bu ləvazimatların yer aldığı bildirilir:
- Çadır
- Qida
- Yastıq
- Yorğan
- Yataq
- Uşaq yeməyi
- Süd
- Tibbi ləvazimatlar