Dünya futbolu
Ronaldo üçün yeni baş məşqçi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçisi Rudi Qarsiyanın istefaya göndərilməsini rəsmən açıqlayıb. Fransalı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.
Rudi Qarsiya ötən ilin yayından komandaya rəhbərlik edirdi. Onun Kriştianu Ronaldonun rəhbərliyə şikayətindən sonra işini itirdiyi deyilir.
Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Klubun açıqlamasında bildirilib ki, buna qədər Ər-Riyad təmsilçisinin U-19 komandasını çalışdıran xorvatiyalı Dinko Jeliçiç əsas komandanın baş məşqçisi təyin edilib.