Dünya futbolu
Ronaldo ulduz idmançılarının reytinqində birinci oldu
SMM ilə məşğul olan Hopper HQ şirkəti 2023-cü ilin nəticələrinə əsasən dünya idman ulduzlarının reytinqini açıqlayıb. Maraqlıdır ki, ilk 5 nəfərdən üçü futbolçudur.
Birinci yerdə “Ən-Nəsr”ın hücumçusu Kristiano Ronaldo qərarlaşıb. İkinci yeri “İnter Mayami”nin ulduzu Lionel Messi tutur. Hindistanlı kriketçi Virat Kohli üçüncü yerdədir. Şirkət “Əl-Hilal”ın hücumçusu Neymarı dördüncü pillədə yerləşdirib. Beşinci yerdə isə “Los-Anceles Leykers”in basketbolçusu LeBron Ceyms qərarlaşıb.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo komandasının heyətində bütün turnirlərdə 24 oyun keçirib. Onun aktivində 23 qol və 11 məhsuldar ötürmə var.