Dünya futbolu
Ronaldo və Messi dayanmır
Kriştianu Ronaldo və Lionel Messi Avropadan ayrılsa da, qol vurmaqdan doymurlar. Onlardan biri Asiyada, digəri Amerikada ikinci gəncliyini yaşayır.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçunun formasını geyindiyi “Əl Nəsr” Ərəb Klubları Çempionlar Kubokunda növbəti oyununa çıxıb. Səudiyyə Ərəbistanı təmsilçisi Mərakeşin “Kasablanka” komandası ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Oyunda hesabı açan Ronaldonun komandası yarımfinala yüksəlib. Riyad təmsilçisi burada “Əl Şorta” ilə qarşılaşacaq.
Argentinalı isə “İnter Mayami”də keçirdiyi 4-cu oyunda qollarının sayını 7-ə çatdırıb. ABŞ-ın “Dallas” və “İnter Mayami” komandalarının qarşılaşdığı MLS+MX Liqa Kubokunun 1/8 final mərhələsinin matçı 4:4 hesabı ilə başa çatıb, Messi dubl edib. Penaltilər seriyasında isə Lionel yenə fərqlənib və Mayami klubu daha güclü olub – 5:4. “İnter Mayami” 1/4 finala adlayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq