Dünya futbolu
Ronaldo yenidən “Real”ın düşərgəsində: Madriddə ilk məşqə çıxdı
Kriştianu Ronaldo yenidən Madriddədir. O, bu gün “Real”ın Valdebebsdakı idman mərkəzində məşqə çıxıb.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı ulduzun sabiq klubunun bazasında məşqə çıxması “Kral klubu”na dönüşü ilə bağlı deyil. Sadəcə, o, Dünya Çempionatından sonra idman formasını qorumaq üçün bu addımı atıb. Klubsuz olduğu üçün “Real” rəhbərliyindən ona şərait yaratmalarını xahiş edən Ronaldo müsbət cavab alıb.
Hazırda Kriştianunun bir neçə klubla danışıq apardığı deyilir. Yüksək maaş təklifinə baxmayaraq, Səudiyyə Ərəbistanına getmək istəməyən portuqliyalı, Avropada hələ də ona ehtiyac duyan iddialı klub tapacağına əmindir.
Ronaldo 2009-18-ci illərdə “Real”ın şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib