Dünya futbolu
Ronaldodan məğlubiyyət paylaşımı
“Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldo Premyer Liqanın 9-cu turunda “Liverpul”a uduzduqları matçı şərh edib. 36 yaşlı hücumçu öz İnstaqram hesabında etdiyi paylaşımda yazıb: “Bəzən mübarizə aparırıq, amma istədiyimiz nəticəni qazana bilmirik. Bəzən uduzuruq. Bunun məsuliyyətini biz daşıyırıq. Azarkeşlərimizin dəstəyinə heyran qaldıq. Onlar hər şeyin ən yaxşısına layiqdirlər. Biz yaxşı nəticələr qazanmalıyıq. Artıq vaxt gəldi!”
Qeyd edək ki, “Mançester Yunayted” “Liverpul”a darmadağınla uduzub – 0:5.