Digər idman növləri
Ronnidən daha bir titul
Snuker üzrə yeddiqat dünya çempionu, reytinqin bir nömrəsi ingilis Ronni O’Sallivan Lesterdə keçirilən “World Grand Prix 2024” turnirinin qalibi olub. O, turnirin həlledici görüşündə həmyerlisi, 2019-cu ilin dünya çempionu Cad Trampı 10:7 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnirdə illik reytinq siyahısının 32 ən yaxşı oyunçusu iştirak edib. Yarlışın ümumi mükafat fondu 380 min funt-sterlinq (442 min avro) təşkil edib. Turnirin qalibi olduğu üçün O’Sallivan 100 min funt sterlinq (116 min avro) mükafat alıb.
O’Sullivan yarımfinalda Çin təmsilçisi Dinq Junhuiyə qalib gəlib. Tramp da öz növbəsində Cao Yupenqdən güclü olub.
Xatırladaq ki, yanvarın 15-də O’Sullivan Londonda keçirilən “Masters 2024” turnirinin də qalibi olmuşdu.