Dünya futbolu
Rossi yenidən SPAL-da
Cüzeppe Rossi yenə futbol oynayacaq. İtaliya millisinin sabiq üzvü B Seriyası təmsilçisi SPAL-la mövsümün sonunadək müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”, “Fiorentina” və “Vilyarreal”ın sabiq hücumçusu ümidləri doğruldarsa, anlaşmanın müddəti artırılacaq. Klub rəhbərliyi son pillələrdə olan komandanın özünə gəlməsi üçün bu hücumçunun köməyinin dəyəcəyinə əmindir.
36 yaşlı futbolçu uzun müddətdir futbol oynamır. 2021-ci ilin yanvarında ABŞ-dan qayıdan Rossi 6 ay klubsuz qaldıqdan sonra SPAL-a keçmişdi. Lakin o burada da oynaya bilmədi və iş yeri axtarırdı. Heç bir təklif almayan Cüzeppe klubdan ona daha bir şans verilməsini istəyib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi