Bizi izləyin

Ölkə futbolu

Rövnəq Abdullayev yenidən futbolda: bu dəfə fərqli ampluada?

blank
blank

Rövnəq Abdullayev futbola qayıdır. 13 ildi AFFA prezidenti olmasına rəğmən, Elşad Nəsirov – Elxan Məmmədov cütlüyü tərəfindən ofsayda salınan, hətta qurumun binasındakı iş otağı əlindən alınan Abdullayevin dünənki açıqlamasının başqa izahı yoxdu. Son vaxtlar futbol tədbirlərindən sonra hətta mətbuat konfransına buraxılmayan Rövnəq bəy iki cümlə ilə çox şey deyib.

Adıçəkilən şəxslərin qurduğu oyunlardan sonra Abdullayevin AFFA prezidentliyi formallığa dönüb. Nizamnamə dəyişikliyi ilə bütün səlahiyyətlər yeni təsis edilən icraçı vitse-prezident postunu qamarlayan Elxan Məmmədovun əlində cəmləşib. Onun prezident kimi imza atmaq, danışıq aparmaq hüququ var. Bir sözlə, futbol təsərrüfatında bütün idarəçilik birbaşa Məmmədovun iradəsinə tabe edilib. Rövnəq bəy yalnız sponsor SOCAR-ın prezidenti kimi formal fiqurdu.

Vaxtilə yuxarı dairələrə Abdullayev haqda informasiyalar, onun işləməyə mane olması barədə məlumatlar ötürülmüşdü. O da kənara çəkildi, maliyyəni ayırdı və səlahiyyətləri Nəsirov – Məmmədov cütlüyünə verdi, bu şəxslər əsas söz sahibi oldu. Nəticə göz önündədi, futbolumuz ən pis günlərini yaşayır, narazılıq hər keçən gün daha da artır.

Dünən cüdo federasiyasında baş verən qəfil dəyişikliklər göstərdi ki, artıq futbol dövlət rəhbərliyinin müzakirə predmetidi. Və klan savaşları qızışır. Cüdo federasiyasında yeni idman nazirinin gəlişindən sonra başlanan araşdırmalar dünənki dəyişikliklə əlamətdar oldu, Abdullayevi başqa bir nazir əvəzlədi. Rövnəq bəyin cavabı verdiyi mesajda gizlənir…

Adətən kiminsə vəzifədən, həm də qəfil getməsi “vurulması” kimi qiymətləndirilir. Ancaq Abdullayevlə bağlı durum fərqlidi – o, AFFA-dan uzaqlaşdırılsaydı, belə düşünmək olardı. Üstəlik, həm xələfi, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həm də MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə onun gördüyü işlər barədə yüksək fikirlərini izhar etdi. Deməli, vida razılaşdırılmış olub. Əvəzində Rövnəq bəy strateji açıqlama verdi: “Artıq futbolla məşğul olacağam. Futbolda ciddi işlərin görülməsinə ehtiyac var”.

Bu, o deməkdi ki, “futbolda işimə davam edirəm” və AFFA-ya gəlməkdə maraqlı olan, iş aparan adamlar onunla qarşılaşacaq. Sözügedən açıqlama hansısa məmurun icazəsiz dilə gətirəcəyi sözlər deyil. Deməli, buna razılıq alınıb, Abdullayev futbolda olacaq dəyişiklikləri də yalnız özünün edə biləcəyinin mesajını verdi.

“Artıq futbolla məşğul olacağam” – bu, həm də o deməkdi ki, indiyədək futbolla məşğul olmayıb, bu işi başqaları görüb, vəziyyət biabırçı həddədisə, elə həmin adamların (oxu: Elşad Nəsirov, Elxan Məmmədov – red.) günahıdı. “Futbolda ciddi işlərin görülməsinə ehtiyac var” cümləsi də bunun davamıdı. Yəni, ciddi islahatlar olacaq. Bu, Premyer Liqada komanda sayının artırılması və y hansısa akademiyanın açılmasıyla yekunlaşmamalıdı, kadr dəyişiklikləri qaçılmazdı.

Təbii ki, bugünədək olanlar göstərir ki, indiki idarəçi komandayla yola davam etmək mümkünsüzdü. İctimaiyyət, azarkeşlər Elxan Məmmədovu bir nömrəli günahkar sayır, onunla davam etmək AFFA-ya tənqidləri azaltmayacaq. Abdullayev daxildə islahatlar aparmalı, yenidən futbolda əsas simaya çevrilməlidi. Sonrakı addımlar zamanla müəyyənləşəcək. Elxan Məmmədovun rayonları gəzməsi, fotosessiyalar etməsi, vacib məqamda Şamaxıda üzə çıxması, istifadəyə tam hazır olmayan stadionun açılışının tezləşdirilməsi özüylə bağlı əndişələrin nəticəsidi, şəxsini qorumaq istəyir.

Dünən başverənlər həm də onu göstərdi ki, yığma komandaya türkiyəli baş məşqçi gətirmək Məmmədovun beyninin məhsulu deyil, Abdullayevin seçdiyi strateji xəttdi. Həmişə Türkiyədən böyük dəstəyi olan Rövnəq bəy bu ölkəylə bağlı uzunmüddətli planı razılaşdırıb və icrasına şəxsən rəhbərlik edəcək.

İstənilən halda, maraqlı tərpənişlərdi. Amma Abdullayev illərdi onu nüfuzdan salan komandasında mütləq islahatlar aparmalıdı. Əməli addımlar atılmasa, futbol marketoloqlardan təmizlənib mütəxəssislərə tapşırılmasa, azarkeşlərin başı aldadılacaq, daha 4-5 ili itirəcəyik. “Futbolda ciddi işlərin görülməsinə ehtiyac var” cümləsi özünütənqiddi və ilk növbədə buna səbəb olan “mütəşəkkil dəstə” barədə ölçü götürülməlidi. AFFA-da işğal edilən iş otağı, rəhbərlik baxımından əldən gedən söz sahibi ünvanı geri qaytarılmalıdı. Əks halda, cüdoda ona ippon atanlar futbol meydanında da het-trik üçün boş dayanmayacaq. Məğlub olmamaq üçün heyətdəki zəif oyunçuları əsl peşəkarlarla dəyişmək lazımdı.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Dünya futbolu2024-05-17 15:47

Van Persi baş məşqçiliyə başladı

blank
Ölkə futbolu2024-05-17 15:40

AFFA prezidenti bir sıra görüşlər keçirib

blank
I Liqa2024-05-17 15:30

I Liqada mükafatlandırma mərasimi keçiriləcək

blank
Dünya futbolu2024-05-17 15:22

Fatih Terim istefa verdi

blank
Digər idman növləri2024-05-17 15:15

“Heydər Əliyev kuboku-2024”: 7 boksçumuz finalda

blank
Dünya futbolu2024-05-17 15:00

Premyer Liqanın ən məyusedici transferləri: Tonali birinci sırada

blank
I Liqa2024-05-17 14:44

I Liqa: Son turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-17 14:30

“Basketbolçularımızın oyuna yanaşmasını bəyənmədim”

blank
Ölkə futbolu2024-05-17 14:14

Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək – VİDEO

blank
I Liqa2024-05-17 14:00

“Şamaxı” “Qaradağ Lökbatan”ın stadionuna dəymiş zərəri qarşılayacaq

blank
Digər idman növləri2024-05-17 13:46

Almaniya millisinin baş məşqçisi Olimpiadadan sonra postunu tərk edəcək

blank
Ölkə futbolu2024-05-17 13:38

“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”

blank
Premyer-liqa2024-05-17 13:25

“Sabah” – “Sumqayıt” matçının təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-05-17 13:12

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm