Milli komanda
Ruben Dias: “Azərbaycanla oyunda diqqətli və həvəsli oynamalıyıq”
Portuqaliya millisinin müdafiəçisi Ruben Dias DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan millisinin İrlandiyaya qarşı oyununu izlədik. Rəqibimiz həmin oyunda yaxşı çıxış etdi. Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq. Hər şeydən əvvəl meydana böyük konsentrasiya ilə çıxmalı, diqqətli və həvəsli oynamalıyıq. Təhlükəli komanda ilə qarşılaşmalı olduğumuzu bilirik. Turindəki matç bunun gözəl nümunəsi idi. Oyunun taleyini ambisiyamız və qətiyyətimiz həll edəcək”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə