Dünya futbolu
Runi hamıdan çox Qvardiolanı bəyənir
Məşhur ingilis futbolçu Ueyn Runi müsahibə verib. Sabiq hücumçu məşqçilər arasında ən bəyəndiyi şəxsin də adını çəkib.
Ueyn Xosep Qvardiolanı hamıdan çox bəyənir: “Mənim üçün ən yaxşı məşqçi Xosep Qvardioladır. Onun komandaya uyğunlaşması, futboçularla dil tapması möhtəşəmdir”.
Runi ispan mütəxəssisin oyun tərzinə tez-tez əlavələr etməsini xüsusi vurğulayır: “İndi oynadıqları futbol 4 il öncəkinin eynisi deyil. Digər iş yerlərində olduğu kimi, “Mançester Siti”də də incə toxunuşlar, dəyişikliklər etməyə davam edir. Daha sonra hər kəsin eyni şeyləri təkrarladığını görürük”.
Runi Qvardioladan təklif alacağı halda, onun köməkçisi olmağa razıdır: “Mikel Arteta da onun yardımçısı idi və indi “Arsenal”da onun sayəsində uğurlu işləyir. Məni yanına çağırsa, yubanmadan gedərəm”.