Dünya futbolu
Runi keçmiş komandasının baş məşqçisi təyin olundu
Bu yay İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi postundan ayrılan Ueyn Runinin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bundan sonra ABŞ-ın “Di Si Yunayted” komandasına rəhbərlik edəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
“Di Si Yunayted” baş məşqçisi Hernan Losadanı aprel ayında istefaya göndərmişdi. MLS təmsilçisinə həmin vaxtdan bəri müvəqqəti olaraq Çad Eşton rəhbərlik edirdi. Klubun yaydığı məlumata görə, Runi ABŞ-da işçi vizası alana qədər komandaya yenə Eşton rəhbərlik edəcək.
Xatırladaq ki, Runi futbolçu karyerası dönəmində də “Di Si Yunayted”də forma geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib