Müsahibə
Rusiyada biznes quran sabiq futbolçumuz – VİDEO
Ruslan Tağızadə birvaxtlar ölkənin ən perspektivli futbolçularından hesab olunurdu. Yevlax futbolunun yetirməsi olan müdafiəçi, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”, “Sumqayıt”, AZAL, “Səbail”, “Rəvan” kimi klubların formasını geyinib. Buna qədər isə U-19 və U-21 millilərinə mütamadi dəvət alaraq əsas heyətin dəyişilməz simasına çevrilib.
Sonradan bir müddət aşağı dəstədə görünən Ruslan, ani qərar verərək futbolçu karyerasını başa vurub və Rusiyaya yola düşüb. O, futbolçu karyerasının erkən başa vurmasının əsas günahkarı kimi özünü görür.
Tağızadə futbolçu karyerasının enişə keçməsinə səbəblərindən biri kimi “Qəbələ” klubunun keçmiş baş məşqçisi Roman Qriqorçukun ona əsas heyətdə yer verməmisini və komandadan uzaqlaşdırılmasını göstərir.
Moskvada yaşayan Ruslan şəxsi biznesini qurub. O, buna futbolda oynadığı müddətdə qazandıqları hesabına nail olub.
Azərbaycan çempionatının yaxından izləyən Ruslan, 10 komandalı çempionatın maraqlı olduğunu və bölgə klublarının yenidən Premyer Liqaya qayıtmasının Azərbaycan futbolunun inkişafına böyük təsir edəcəyini deyir.
BƏHRUZ MUSAYEV
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı