Dünya futbolu
Rüştü Reçber də koronavirusa yoluxdu
Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.
O, Rüştünün koronavirusa yoluxması səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib:
“Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadı. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdi.
Türkiyə millisində 120-dən çox oyun keçirmiş Rüştü, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyub. 46 yaşlı sabiq qolkiper bir müddət İspaniya nəhəngi “Barselona”da da forma geyinib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı