Ölkə futbolu
“Səbail”ə qrip əngəli – bir legioner sıradan çıxdı
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”də vəziyyət gərgindir. Komandanın əksər futbolçuları qripə yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu üzdən tam heyətlə məşq edə bilməyən komandada hər gün bir neçə futbolçu məşq prosesindən kənar qalır. Xəstəlik üzün sürməsə də, futbolçular növbə ilə bir neçə məşqi buraxır. Hazırda da yüksək tempratur üzündən hazırlıqdan kənar qalanlar var.
“Səbail”də zədəli futbolçu da var. Petro Stasyuk bu səbəbdən azı 10 gün hazırlıqlardan kənarda qalacaq. Şahin Diniyevin gəlişindən sonra əsas oyunçulardan birinə çevrilən ukraynalı legioner sabahkı sınaq matçını buraxacaq. Onun mövsümün ikinci yarısının startını buraxmaq ehtimalı var.