Ölkə futbolu
“Səbail” Əmirli ilə anlaşdı
8 futbolçuyla vidalaşan “Səbail” indiyədək yalnız bir transferlə yadda qalıb. “Zirə”dən ayrılan Şəhriyar Rəhimov yeni mövsümə keçmiş klubunda başlayacaq.
Futbolinfo.az xəbər verir ki, cinah müdafiəçilərini itirən Bayıl təmsilçisində daha bir müqavilə yaxın günlərdə açıqlanacaq. Şəhriyarla sol qanadını yeniləyən “Səbail” sağa Cabir Əmirlini gətirir. “Neftçi”nin “Sumqayıt”a icarəyə verdiyi, lakin burada möhkəmlənə bilməyən müdafiəçi bakılılara lazım deyil. Belədə “Səbail” ona qucaq açıb.
Baş məşqçi Aftandil Hacıyevin seçim imkanı geniş deyil. O, başqa klubların gərək duymadığı, eyni zamanda maliyyə şərtləri əlverişli olan futbolçuları düşərgəyə toplayır. Daxili bazarda işlər yekunlaşandan sonra “Səbail” əcnəbi seçimlərinə start verəcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”