I Liqa
“Səbail” oyun gec başladığına, “Zaqatala” polislərə görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə”nin futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Röyal Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail”in futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. “Qarabağ”ın baş məşqçisi Cavad Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.
“Zaqatala” – “Sabah-2” oyununda “Zaqatala”nın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
MOİK – “Qəbələ-2” oyununda MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…