Premyer-liqa
“Səbail” “Zirə”yə, “Kəpəz” “Turan Tovuz”a qarşı
Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.
“Səbail” doğma meydanda “Zirə”ni sınağa çəkəcək.
Qəbələdə isə “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər.
Turun ilk oyunu ötən gün “Sabah”la “Neftçi” arasında baş tutub və qolsuz bitib – 0:0.
Misli Premeyr Liqası
19-cu tur
22 yanvar
“Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Bakı. “Bayıl Arena”, 15:00.
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:30.