Ölkə futbolu
“Səbail”dən gedəcək ilk legioner bəllidir
“Səbail” yayda vidalaşacağı legionerlərdən birini müəyyənləşdirib. Bayıl təmsilçisi Emil Martinovla yollarını ayıracaq.
Şahin Diniyevin baş məşqçi postuna gəlməsindən sonra start heyətinə həsrət qalan bolqar, son matçlarda ümumiyyətlə, şans qazanmır. Qış fasiləsindən sonrakı ilk 3 oyunda sonradan meydana çıxan, cəmi 59 dəqiqə forma geyən 30 yaşlı dayaq yarımmüdafiəçisinə özünə yeni klub tapması məsləhət bilinib.
Martinovun müqaviləsi mövsümün sonunda başa çatacaq. Məşqçilərin istəyinə uyğun olaraq, ona yen anlaşma təklif edilməyəcək. Emil də bunun fərqindədir və vətəninə dönmək niyyətindədir. Beləliklə, 2018/19 mövsümündə də ölkəmizdə cəmi bir il keçirmiş yarımmüdafiəçinin “Səbail”ə ikinci gəlişi də uğursuzluqla yadda qaldı.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı