Premyer-liqa
“Səbail”in 25-ci qələbəsi
“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.
Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley 9-cu turun “Sumqayıt”la matçına təsadüf edib.
2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda “25”ə çatıb.
Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.
Qeyd edək ki, paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı