Premyer-liqa
“Səbail”in futbolçusu 250-yə çatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu Əfran İsmayılov üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ölkə çempionatlarında 250-ci matçını keçirib.
“Səbail”in futbolçusu “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. İsmayılovun hesabında 40 qol var.
Əfranın debütü 2006/07 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub. O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyinib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…