Premyer-liqa
“Səbail”in futbolçusuna 4 oyunluq cəza
AFFA İntizam Komitəsi Premyer Liqada mövsümün son turunun “Səbail” – “Şamaxı” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, təcavüzkar davranışa görə qarşılaşmada birbaşa qırmızı vərəqə alan bakılıların futbolçusu Elmir Tağıyev 4 oyunluq cəzalandırılıb, klubunu 3200 manat ziyana salıb.
Eyni zamanda, qarşılaşma bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğundan, “Səbail” daha 800 manat məbləğində cərimələnib.
Həm “Səbail”, həm də “Şamaxı” 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimə ödəməli olacaqlar.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi