Bizi izləyin

Müsahibə

“Səbail”in Hacıyevə borcu qalıb: “Bunlar 10 günün söhbəti deyil”

blank
blank

“Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyevin futbolinfo.az saytına müsahibəsi

– Dörd il “Səbail”i çalışdırdıqdan sonra bu yay müəmmalı şəkildə klubdan ayrıldınız. Paytaxt təmsilçisində keçirdiyiniz dönəmi qısaca necə dəyərləndərirdiniz?

– “Səbail”də keçirdiyim illərə görə klub rəhbərliyinə təşəkkür edirəm. Çünki böyük təcrübə qazandım. Orada olduğum dörd ilin iki ilini uğurlu nəticə ilə başa vurduq. Qısa müddət ərzində yaranan komanda üçün böyük nailiyyət idi. Ondan sonra nə baş verdisə, büdcədə eniş yaşandı, aparıcı futbolçular klubu tərk etdi. Buna baxmayaraq, avrokubok matçına çıxmamış qısa zamanda transfer bazarında lazımi mövqeləri gücləndirməyə çalışdıq. İstədiyimiz qələbəni qazanmasaq da, Avropa Liqasında layiqli çıxış etdiyimizi düşünürəm. Get-gedə enişlər, çətinliklər baş verdi. Nələr yaşadığımız hamıya bəllidir. Hətta koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatın baş tutan son turunda “Zirə”yə məğlub olmasaydıq, Avropa Liqasına qatılan komanda biz olacaqdıq. Son illə bağlı detallı danışmağa isə gərək yoxdur. Klub üçün ağır günlər oldu. Qarşımıza qoyulan yeganə məqsəd yerli futbolçulardan ibarət komanda formalaşdırmaq, yeni adlar üzə çıxarmaq idi. Məncə, yeni simalar üzə çıxarmağı bacardıq. Tarixi nəticələrimiz də oldu. “Qarabağ” çempion ola bilmədiyi mövsüm bizimlə iki dəfə heç-heçə etdi. Ötən mövsüm də “Qarabağ” yalnız bizə məğlub oldu. Əlbəttə ki, sonuncu pilləni tutmaq bunlara bəraət deyil. Amma heyətimiz rəqiblərdən aşkar zəif idi. Mənə elə gəlir ki, bunu mövsümün əvvəlindən hamı qəbul edirdi. Ağır dönəmə rəğmən, bu müddətdə bir neçə oyunçumuz milli komandaya namizəd göstərildi. Bu mənada Adil Nağıyev, Turan Manafov, Amil Yunanov, Ədilxan Qarəhmədov və Ruslan Hacıyevin adını çəkə bilərəm. Məqsəd yerli futbolçuları üzə çıxarmaq və onlara şərait yaratmaq idi. Hədəf yüksək yerlərdən birini tutmaq olsaydı, işimizi buna uyğun qurardıq. Sevinirəm ki, indi komandada qalan yerlilər bizim vaxtımızda üzə çıxanlardır.

– “Səbail”dən ayrılmağınız hamı üçün sürpriz oldu. Çünki yeni müqavilə imzalamışdınız. Həmin günlər nələr yaşandı?

– Ötən mövsüm başa çatdıqdan sonra rəhbərliklə danışığımız oldu, növbəti mövsümlə bağlı tapşırıqlar verildi. Komandanın gücləndirilməsi yönündə işlər gedirdi. Nə baş verdisə, ayrılmalı oldum. Söhbətlər zamanı tərəddüdlər hiss olunurdu. Detallı açıqlama vermək istəmirəm. Görünür, aramızda tərəddüdlər olub ki, son 10 gündə həm yeni müqavilə imzalandı, həm də ona xitam verildi.

– Başverənlərin 10 günün məsələsi olduğuna inanırsınız?

– Məncə, bunlar 10 günün söhbəti deyil. Çünki ASCO rəhbərliyi gəldikdən sonra klubda növbəti mövsümlə bağlı ciddi tədbirlər görmək istədiyini bildirmişdi. Mən də nələrin dəyişilməli olması ilə bağlı öz fikrimi demişdim. Ara-sıra istədiyim məsələlər həyata keçirilmədiyi, maaşlarda gecikmələr olduğu zaman klubun mənafeyi üçün təklif edirdim ki, bəlkə yolları ayıraq? Amma rəhbərlik razı olmadı, işimə davam etməyimi istədi. Sonra isə özləri məsləhət gördülər ki, yolları ayıraq. Mən də bunu anlayışla qəbul elədim.

– Klubun ac vaxtında cəfasını cəksəniz də, pullu günlərində səfasını görə bilmədiniz. Orada keçirdiyiniz illərə heyfiniz gəlmir?

– Xeyr, heyfim gəlmir. Böyük təcrübə topladım. İstənilən məşqçi çalışdığı komandada böyük iz qoymalıdır. Hər məşqçiyə də bu nəsib olmur. Bizə ən azı medal qazanmaq, avrokuboklarda iştirak etmək nəsib oldu. Elə məsələlər var ki, heç kimi məcbur etmək olmaz. Orada çəkdiyim əziyyəti kluba halal edirəm. Hər mövsüm fərqli insanlarla çalışmağımıza baxmayaraq, Premyer Liqada mənim üzümə qapı açan ilk klub oldu. Məni ora dəvət edən insanlara təşəkkür edirəm. Təbii ki, rəhbərliyin də qərar vermək haqqı var. Davam etməmək istəklərini də normal qarşıladım. Orada yaxşı və ağır günlərimiz oldu. Qarşıma qoyulan məqsədlərə nail olmağa çalışdım. Hər iki halda sona qədər qalacağıma söz vermişdim. Önəmlisi odur ki, sözümə sadiq qalmağı bacardım. “Səbail” səhifəsini də beləcə bağladıq. İnanıram ki, bu klubun nəticələri daha da yaxşılaşar. Biz isə gələcəkdə yeni səhifə açmaq üçün planlar qururuq.

– Ancaq görünür qarşı tərəf sadiq qalmadı…

– Mən öz adımdan deyə bilərəm. Klubun elə dönəmləri oldu ki, 2-3 ay məvaciblər ödənilmirdi, futbolçular məşqə çıxmaqdan imtina edirdilər, bəzi matçlarda həvəssiz oynayırdılar. Həqiqətən də, ağır günlər idi. Bundan sonra bu barədə uzun-uzadı danışmağa dəyməz.

– “Səbail”in sizə borcu qaldı?

– Cüzi borc qalıb, o da problem olmaz. Münasibətimiz normaldır, düşünürəm ki, qalan borcu verərlər.

– Sizin gedişinizdən sonra “Səbail” heyətini xeyli gücləndirdi, kifayət qədər transferlər etdi. Yeni mövsümdə sabiq komandanızdan nə gözləyirsiniz?

– Transfer pəncərəsində ən fəal olan komanda “Səbail”dir. Nəzərə alaq ki, çempionata “Kəpəz”, “Turan Tovuz” kimi yeni klublar da cəlb edilib. “Səbail”i ilk “5-lik” uğrunda mübarizə aparan komanda kimi görürəm. İddiaların yüksək olmasına reallaşan transferlər sübutdur. Mənimlə söhbətdə də demişdilər ki, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Həm “Səbail”ə, həm də yeni baş məşqçi Mahmud Qurbanova uğurlar arzulayıram. Hər ikisi mənə yaxın addır.

– Büdcə artımını, edilən transferləri gördükdə öz-özünüzə demirsiniz ki, yaxşı vaxtında da orada olmaq mənim haqqım idi?

– Düzü, ağlımdan belə bir fikir keçmir. Çünki qalsaydım, mənə də eyni şərait yaradılacaqdı. Rəhbərliklə danışıqda növbəti mövsüm iddialı olmaq barədə söhbət edilmişdi. Sadəcə olaraq, son iki ildə bu imkanlardan məhrum idik. Bəlkə daha keyfiyyətli komanda qurmaq olardı.

– Bundan sonrası ilə bağlı planlarınız nələrdir?

– İndi vaxtımı daha çox ailəmə həsr edirəm. Çempionatın startını gözləyirəm, bütün oyunları izləməyə çalışacağam. Daim futbolun içində olacağıq. Harada bizə ehtiyac yaranacaq – bunu zaman göstərəcək. İnkişafdan qalmamaq üçün müxtəlif təcrübədən yararlanmağa çalışacağıq.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm