Ölkə futbolu
“Səbail”in hücumçusu “Kəpəz”lə anlaşdı: “Bu, məni qane edə bilməz”
“Demək olar ki, “Kəpəz”lə anlaşmışıq. Tam rəsmi olmasa da, razılıq var”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Amil Yunanov deyib.
Forvard paytaxt klubundan ayrılıb “Kəpəz”ə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Yunanov məlumatı təsdiq edib:
“Kəpəz”ə getməyə oynamaq istədiyim üçün qərar verdim. Bu mövsüm demək olar ki, “Səbail”in heyətində bir dəfə meydana çıxmışam. Yalnız “Kəpəz”lə matçda əsas heyətdə eyr almışdım. Qalan ancaq ehtiyatda keçirirdim. Bəzən də oyunlarda 80-ci dəqiqədən sonra, 85-87-ci dəqiqələrdə meydana çıxırdım. Bu da məni qane edə bilməz”.
Qeyd edək ki, Amil Yunanov yay “transfer pəncərəsi”ndə “Səbail”ə keçmişdi.