Ölkə futbolu
“Səbail”in iki futbolçusunda koronavirus aşkarlandı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı turun “Qaradağ – Lökbatan”la oyununa “Səbail-2” cəmi 13 futbolçu ilə yollanıb.
Futbolinfo.az xəbər verir ki, “Səbail-2”nin ehtiyatdakı futbolçularının hər ikisi meydan oyunçularıdır. Bu isə o deməkdir ki, qapıçı zədələnərsə və ya qırmızı vərəqə alarsa, onu əvəzləməyə yeni qapıçı olmayacaq.
Paytaxt təmsilçisinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, digər qapıçı Zeynəddin Abdurahmanov əsas komandaya cəlb edilib. Abdurahmanov zədə və s. kimi amillərdən qorunmaq üçün görüşdə iştirak etmir: “Bundan əlavə, Aydın Ağazadə və Vidadi Cəfərovun koronavirus testi müsbət çıxıb. Şamil Cəfərov isə zədəlidir”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”