Ölkə futbolu
“Səbail”in legioneri: “Nə baş verdiyini bilmirəm”
“Sumqayıt”la matça qələbə üçün çıxacağıq. İnanıram ki, bunu bacararıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Maksim Çex deyib.
Ukraynalı yarımmüdafiəçi 33-cü turda “Sumqayıt”la keçirəcəkləri matçdan danışıb. Çex psixoloji cəhətdən çətinlik çəkəcəklərini bildirib: “Premyer Liqada yerimizi qorumaq istəyirik. İnanıram ki, komanda vəziyyətdən çıxacaq. Amma bizim üçün çox çətin olacaq. Buna inanıram və komanda yoldaşlarıma güvənirəm”.
24 yaşlı oyunçu komandanın bu durumda olmasını belə şərh edib: “İnanın ki, nə baş verdiyini bilmirəm. Niyə biz qələbə qazana bilmirik – anlamıram. Çünki komandanın hər şəraiti var. Ümid edirəm ki, qarşıda bizi yaxşı günlər gözləyir”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı