Ölkə futbolu
“Səbail”in yeni transfer etdiyi Diniyev Türkiyə klubunda!
“Səbail” bir neçə gün öncə “Zirə”dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyənin “Ümraniyəspor” komandasına keçir.
Bu barədə paytaxt klubu məlumat yayıb. Xəbərdə bildirilir ki, Diniyevin “Səbail”lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə “dənizçilər”dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb. Bu üzdən də ona uğurlar arzulanıb.
“Ümraniyespor” ötən mövsümün sonunda Super Liqanı tərk edərək TFF 1-ci Liqaya düşüb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 08:00
“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi