Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatı “Canal+”da
Səudiyyə Ərəbistanı çempionatı Fransada yayımlanacaq. Oyunlar məşhur “Canal+” tərəfindən ekranlara gətiriləcək.
Futbolinfo.az xəbər verir ki, Kərim Benzema, Kriştianu Ronaldo, NQolo Kante, Sadio Mane və digər ulduzların oyununu izləmək üçün azarkeşlər “Canal+” abunəçisi olmalıdırlar. Məlumata görə, müqavilə bir neçə saat əvvəl imzalanıb. Sözləşmənin müddəti 2 ildir. Böyük ehtimalla sabah anlaşma haqqında rəsmi məlumat veriləcək.
Uzun illər “Facebook”, “Eurosport” və “Eleven”də mühüm vəzifələrdə çalışan və hazırda Səudiyyə Ərəbistanı liqasının direktorlar şurasının üzvü britaniyalı Piter Hatton müqavilə ilə bağlı bunları deyib: “40 ildir ki, idman sahəsindəyəm. Bu müddət ərzində belə böyük və qətiyyətli layihənin şahidi olmamışam”.
Qeyd edək ki, keçən mövsüm Səudiyyə Ərəbistanı çempionatının ikinci hissəsini Fransada “RMC sport” kanalı yayımlayırdı. Yeni çempionat bu həftənin cümə günü başlanacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var