Premyer-liqa
“Sabah” 8400, “Neftçi” 4800 manat cərimələndi – Samir Abasovu da bağışlamadılar!
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçıyla bağlı (2:2) aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub, 200 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimələnir.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…