Ölkə futbolu
“Sabah” – “Beşiktaş” matçının oyun formaları və atributları satışda!
“Sabah” və “Beşiktaş” klubları bir müddət öncə keçirdikləri xeyriyyə matçının oyun formalarını və bu qarşılaşma üçün hazırlanmış xüsusi şərflərin onlayn satışına başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytında məlumat verilib.
Azarkeşlər “Sabah”ın (https://sabahfc.az/product/sabah-besiktas-xatir%c9%99-s%c9%99rfi/) və “Beşiktaş”ın (https://acikartirma.kartalyuvasi.com.tr/) rəsmi saytına daxil olaraq, xeyriyyə matçı üçün hazırlanmış forma və şərfləri satın ala bilərlər.
Bu satışlardan da əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə ianə ediləcək.
Xatırladaq ki, mayın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib