Ölkə futbolu
“Sabah” Bolqarıstandakı son sınağından da məğlub ayrıldı
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, “Sabah” Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb.
Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Sabah”ın yeganə qolunu Bəxtiyar Həsənalızadə vurub.
İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” daha öncə hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşımışdı.
“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-də bitəcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi