Ölkə futbolu
“Sabah” İndoneziya millisinin üzvü üçün 700 min avro təklif edib
Yeni mövsümdə çempionluğu hədəfləyən “Sabah” transfer çalışmalarını davam etdirir. Futbolinfo.az “voetbalnieuws.be” saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi müdafiənin sağ cinahı üçün Belçikadan oyunçu tapıb.
Bu, “Mexelen”in üzvü Sendi Uolşdur. Məlumatda bildirilir ki, hazırda tərəflər arasında danışıqlar gedir. “Sabah” keçidin baş tutması üçün belçikalılara 700 min avro təklif edib. İndoneziya millisinin üzvünün “Mexelen”lə müqaviləsi 2025-ci ilin yayına qədər olduğundan, bununla bağlı son qərarı belçikalılar verəcək.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2020-ci ildən “Mexelen”də çıxış edir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə