Bizi izləyin

Ölkə futbolu

“Sabah” təkbaşına 9 komandadan çox qol vurdu

blank
blank

Sürpriz olmadı, 9-cu turun son oyun günündə favoritlər növbəti qələbəsini qazanıb zirvədə möhkəmləndi. “Qarabağ” buna çətinliklə nail oldusa, “Sabah” “Kəpəz”i darmadağın etdi.

Turun mərkəzi oyununun əsas olayı İlkin Qırtımovun Marko Yankoviçə qarşı kobudluğu idi. Meydan sahiblərinin müdafiəçisi ustalıq səviyyəsinin aşağı olmasını karate zərbəsi ilə sığortalamaq istərkən qarşısında qırmızı vərəqə gördü.

Ümumiyyətlə, “Qəbələ”nin futbolçuları aşkar güclü olan rəqibi dayandırmaq üçün hər cür kobudluğa əl atırdılar. Sürət tempinə çatdırmayan Elmar Baxşıyevin yetirmələri, bu yolla “Qarabağ”ın gözünü qorxudacaqlarını düşünürdülər. Lakin gərgin qrafikin yorduğu ağdamlılar hətta bu vəziyyətdə də 3 xal əldə etməyi bacardı.

Meydana ehtiyat qüvvəni buraxan Qurban Qurbanov zədədən dönənləri və az şans qazananları iş başında görmək üçün yaxşı fürsət qazanmışdı. Belədə ardıcıl çətin matçlar keçirən əsas heyətin yükü azalmışdı. Lakin bu da “Qəbələ”yə kömək etmədi. Xallarını zəif komandalarla matçlarda qazanan bölgə təmsilçisi növbəti dəfə favoritlə görüşdə məyus oldu. Düzdü, bunda komandanın azlıqda qalması da rol oynadı.

Qurbanov son yarım saatda bəzi əsas oyunçuları meydana buraxdı. Amma nəticə onlar oyuna qoşulanadək müəyyənləşmişdi. Ramil Şeydayevin inadkarlıqla qovub cərimə meydançasına göndərdiyi topu Filip Ozobiç ustalıqla tora yönəltdi. Qapıçı Səlahət Ağayevin də səhv etdiyi epizodda hesabın açılması qalan dəqiqələrdə “Qarabağ”ın gücünə qənaət etməsinə səbəb oldu.

Turun ilk 4 oyununda 3 qol vurulmuşdusa, “Sabah” təkbaşına şou göstərdi. Bakılılar “Kəpəz”i 5 dəfə məyus edib onların top fərqindəki mənfi saldocunu 17-ə qaldırdı. Maraqlıdı ki, Premyer Liqada hətta bu qədər top buraxan komanda yoxdu, gəncəlilər isə 9 tura 23 dəfə məyus olublar. Ümumiyyətlə, bu turda komandalardan 6-ı qol sevinci yaşamadı.

Tərlan Əhmədovun gəlişindən sonra 3 oyuna 4 xal qazanmağı bacaran “Kəpəz” qara zolaqdan çıxmışdı. Lakin bunun daha çox təqvimlə əlaqədar olduğunu, gəncəlilərin aşkar autsayderlərlə matçlarda xal qazandığını vurğulamışdıq. Qarşıya iddialı biri çıxan kimi 4-cü böyükhesablı yenilgi qaçılmaz oldu.

İnsaf naminə, “Kəpəz” belə hesaba layiq deyildi. Komandanın qapıçı və müdafiəçiləri kifayət qədər fərdi səhvə yol verdi və “Sabah”ın usta oyunçuları qonaqları bağışlamadı. Heyət keyfiyyətindəki fərq nəticənin müəyyənləşməsidə əsas rolu oynadı.

Bir oyunu ehtiyatda olan “Qarabağ” birinci dövrəni maksimum nəticə ilə zirvədə bitirdi. “Neftçi”ylə 3 xallıq fərq yaradan “Sabah” təqibi davam etdirirsə, “Zirə” “Qəbələ”ni ötməyə müvəffəq oldu. Autsayder qrupunun “üçlüy”ü ilə bu komandalar arasında ciddi fərq yaranmaqdadı. Liderlə son pillənin sahibi arasında 9 tura 22 xallıq fərq yaranıbsa, ağdamlıların fərqi artırmaq üçün daha bir matçı qalırsa, gərgin mübarizədən danışmaq yersizdi.

CAVAD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm