Ölkə futbolu
“Sabah” UEFA-ya müraciət edib – Latviyadakı oyunun başqa ölkədə keçirilməsi üçün
“Sabah” Latviyada RFŞ komandasına qarşı sabah keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılması üçün UEFA-ya müraciət edib. Bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko “sportacentrs.com” saytına açıqlamasında deyib.
O, bildirib ki, Avropa futbol qurumu hazırda bu məsələyə baxır: “Biz UEFA rəhbərliyi ilə daim əlaqədəyik. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFŞ ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda “top” onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır”.
“Sabah”ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.
Bakı klubu bu gün Latviyaya yollanıb. AFFA-nın baş katibi Sərxan Hacıyev də bu səbəbdən “Sabah”la birlikdə səfərə çıxıb. Dünən latviyalılardan problem yaranmayacağı ilə bağlı təminat alınsa da, hələ necə olacağı bilinmir. Murad Musayev və digər Rusiya vətəndaşları Latviyaya buraxılmasa, təmsilçimiz UEFA-nın qərarını gözləyəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO