Dünya futbolu
“Sabah”a yox, “Sampdoriya”ya keçir
Adı bir müddət “Sabah”la da ayanaşı hallanan Xese Rodriges İtaliyada oynayacaq. “Real”ın sabiq oyunçusu özünə klub tapıb.
Futbolinfo.az xəbər verir ki, heç yerdə möhkəmlənə bilməyən sol cinah hücumçusu son alaraq “Ankaragücü”ndən azad agent kimi ayrılmışdı. Klub axtaran ispana “Sampdoriya” “elçi düşüb”. Artıq tərəflər müqavilə şərtlərində razılaşıblar. Futbolçu tibbi müayinədən keçib və Omar Kolleyin gedişini gözləyir.
Kolleyə gəlincə, “Beşiktaş” 30 yaşlı müdafiəçini transfer edərək Xese üçün “Sampdoriya”nın heyətində yer açıb. İstanbul klubu qambiyalı üçün 2,5 milyon avro ödəyəcək. Onun təqdimatı tezliklə reallaşacaq və müqavilənin detalları açıqlanacaq.