Premyer-liqa
“Sabah”da ən çox oyun keçirən iki oyunçudan biri oldu
“Sabah” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Səbail”ə 2:0 hesabıyla qalib gəldi.
Futbolinfo.az xəbər verir ki, “ASCO Arena”da keçirilən matç bu komandanın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
“Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirən Amin, bununla da, klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də məhz bu sayda görüşdə meydana çıxıb.
Xatırladaq ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qola imza atıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı